backend

“Sabah” 10 nəfərlə “Qarabağ”ı məğlub etdi

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Referans Media Metbuat.az-a istinadən xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Sabah”la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Xallarının sayını 69-a çatdıran “Sabah” çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı “Qarabağ”ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.

Günün ilk görüşündə “Karvan-Yevlax” “Şamaxı”nı minimal hesabla üstələyib – 1:0.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün “Turan Tovuz” “Araz-Naxçıvan”ı üç cavabsız qolla üstələyib. “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki