image-arda-guler-real-madridde-bir-adim-one-cikti-0ro8backend

ÇL-də diqqət çəkən performans: Arda Güler ön plana çıxdı

Arda Güler Real Madrid klubunda bu mövsüm göstərdiyi performansla diqqət mərkəzinə düşüb. İspaniya nəhəngi üçün qarışıq keçən mövsümdə ən parlaq məqamlardan biri məhz gənc futbolçunun çıxışı olub.

Referans Media  xəbər verir ki, Real Madrid bu mövsüm həm La Liqa, həm də UEFA Çempionlar Liqasında istədiyi nəticələri əldə edə bilməyib. Komanda Avropa turnirindən də erkən ayrılaraq böyük məyusluq yaşayıb.

Bu çətin mənzərə fonunda Arda Güler xüsusilə Çempionlar Liqası matçlarında ön plana çıxıb. Bayern Münhenə qarşı oyunda nümayiş etdirdiyi performans onun mövsüm ərzindəki ən yaxşı çıxışlarından biri kimi qiymətləndirilib.

Məlumata görə, Arda Güler bu mövsüm Çempionlar Liqasında son üçlükdə tamamlanan ötürmələr göstəricisində 194 pasla ilk 10-luğa daxil olub.

Bu göstəricidə onun qarşısında yalnız elit yarımmüdafiəçilər yer alıb. Siyahıda Vitinha, Joshua Kimmich, Dominik Szoboszlai kimi futbolçular da var. Bu isə gənc futbolçunun Avropa səviyyəsində rəqabət aparacaq potensiala sahib olduğunu göstərir.

Məlumata görə, Arda Güler klub daxilində daha böyük etimad qazanmağa başlayıb. Onun həm meydandakı performansı, həm də oyun intellekti gələcək planlarda mühüm rol oynaya bilər.

Məşqçilər heyətində əvvəlki dövrlərdə ona daha çox şans verilməsi ilə bağlı müzakirələr olub. Gənc futbolçunun inkişafı üçün davamlı oyun praktikası və etimadın vacibliyi vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki