image-real-madridde-deprem-cok-sayida-oyuncuyla-yollar-ayriliyor-fxy7backend

“Real Madrid”də böyük təmizləmə: kimlər gedir?

“Real Madrid”in Çempionlar Liqasından erkən vidasından sonra yeni mövsüm üçün klub genişmiqyaslı dəyişikliklərə hazırlaşır. Klub rəhbərliyi bir neçə futbolçu ilə yolları ayıraraq “yenidən qurulma” planını işə salıb.

Referans Media xəbər verir ki ,Madrid təmsilçisi həm gənc oyunçuların inkişafı, həm də əsas komandanın yenilənməsi üçün ciddi qərarlar almağa hazırlaşır. Bu prosesdə bir neçə gənc futbolçunun gələcəyi də müzakirə mövzusudur. Franko Mastantuono üçün vəziyyət xüsusilə çətindir. Klub onun yerinə digər planlara üstünlük verir.

Niko Paz qayıdır, rəqabət artır

Niko Pazın Komo klubundan geri dönməsi planlaşdırılır. Bu isə yarımmüdafiədə rəqabəti daha da gücləndirir və Mastantuononun şanslarını azaldır. Eyni zamanda Cud Bellinqem və Arda Güler kimi adların artıq əsas rotasiyada olması gənc oyunçular üçün yer tapmağı çətinləşdirir.

Klubun planına görə bəzi gənc futbolçular icarəyə göndərilə bilər. İnkişafını tamamlamayan oyunçular müvəqqəti olaraq başqa klublarda forma geyinəcək. Əsas heyətdə isə daha sərt seçimlər olacaq.

Ayrılacaq futbolçular siyahısı genişlənir

Məlumatlara görə, Madrid klubunda bir neçə təcrübəli futbolçunun da gələcəyi qeyri-müəyyəndir:

David Alaba
Dani Carvajal
Antonio Rüdiger

Bəzi futbolçularla müqavilənin yenilənməsi gözlənilmir, bəziləri isə son şanslarını istifadə edir. Gənc hücumçu Endrikin isə geri dönərək əsas komandaya qoşulması planlaşdırılır.

Real Madrid-də baş verən bu dəyişikliklər klubun yeni bir dövrə keçid hazırladığını göstərir. Rəhbərlik daha balanslı, gənc və rəqabətə dayalı bir heyət formalaşdırmaq istəyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki