image-harry-kaneden-real-madride-ince-gonderme-kizginlar-mi-1oxybackend

Madrid–Bayern mübahisəsi böyüyür: Harri Keyn od püskürdü

Harri Keyn Bayern Münhen ilə Real Madrid arasında keçirilən UEFA Çempionlar Liqası dörddəbir final cavab matçından sonra diqqət çəkən açıqlamalar verib.

Referans Media xəbər verir ki , ingiltərəli ulduz futbolçu oyundan sonra hakim qərarları və bəzi epizodlarla bağlı danışaraq Real Madridə dolayısı ilə mesaj göndərib.

Harri Keyn Kamavinqanın qırmızı kart epizoduna toxunaraq bildirib ki: “Hərəkət açıq şəkildə qırmızı kart idi. Sarı kartla belə riskli müdaxilə yolverilməzdir. Hakimin qərarı Bayern üçün düzgün olub.

Kane əlavə edib ki: “Real Madridin bir qolu sayılmamalı idi. Epizodun əvvəlində qayda pozuntusu var idi. Bu vəziyyət oyun nəticəsinə təsir edib”.

Futbolçu ən çox diqqət çəkən ifadəsini belə səsləndirib: “Onlar qəzəblidirlərmi? Bundan əminəm.”

Onun sözlərinə görə, son illərdə bəzi qərarların Real Madridin xeyrinə verildiyi düşünülür.

Harri Keyn sonda bildirib ki, iki oyunun ümumi nəticəsinə baxıldıqda Bayern Münhenin daha üstün tərəf olduğunu düşünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki