image-arman73backend

ABŞ-da erməni idmançı təyyarədən qovuldu

ABŞ-da keçirilən “Real American Freestyle” turnirində iştirak etmək üçün Filadelfiyaya uçan erməni MMA döyüşçüsü Arman Çarukyan təyyarədən endirilib.

Referans Media  Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Adam Zubayrayev özünün X səhifəsində yazıb.

“Arman Çarukyan və iki dostu telefona baxdıqları üçün Los-Anceles-Filadelfiya reysilə uçan “American Airlines” şirkətinin təyyarəsindən çıxarılıblar. Tamamilə ağılsızlıqdır”, – Zubayrayev yazıb.

Qeyd edək ki, aprelin 19-da Filadelfiyada keçiriləcək turnirdə Çarukyan amerikalı döyüşçü Yuray Feyberlə döyüşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki