image-liver-pul7backend

“Liverpul” 9 futbolçusunu birdən GÖNDƏRİR

“Liverpul” yay transfer dönəmi öncəsi heyətdə ciddi dəyişikliklərə hazırlaşır.

Referans Media xəbər verir ki, “The Telegraph” nəşri klubun mövsümün sonunda bir sıra futbolçularla yollarını ayıracağını yazıb. Mersisayd təmsilçisinin əsas ulduzlarından olan Məhəmməd Salah və Endryu Robertson ilə vidalaşacağı iddia olunur.

Bundan əlavə, Kalvin Remzi və Ris Uilyamsın müqavilələrinin yayda başa çatacağı bildirilir.

Klubun həmçinin Co Qomes, Aleksis Makallister, Harvi Elliott, Kertis Cons və Federiko Kyeza ilə də əməkdaşlığa son qoya biləcəyi ehtimal edilir.

Qeyd edək ki, komandada təkcə futbolçuların deyil, baş məşqçi Arne Slotun gələcəyi də qeyri-müəyyən olaraq qalır. Klub rəhbərliyinin yayda köklü dəyişikliklərə gedəcəyi istisna edilmir./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki