image-hamann-arda-guleri-ornek-gosterdi-bu-kotu-aliskanliklari-tecrubeli-yildizlardan-ogrendi-zgddbackend

Hamann “Real Madrid”i sərt şəkildə tənqid etdi: Arda Güləri nümunə göstərdi

Dietmar Hamann Real Madridi tənqid edərək klubun hakim qərarlarına reaksiyasını “pis vərdiş” adlandırıb və bu davranışların gənc futbolçulara da təsir etdiyini bildirib.

Referans Media xəbər verir ki , “Bayern Münhen”in UEFA Çempionlar Liqasının 1/4 finalında Real Madrid üzərində ümumi hesabda 4:3 qələbə qazanaraq yarımfinala yüksəlməsindən sonra açıqlama verən Hamann, Madrid klubunun məğlubiyyəti qəbul etmə tərzini sərt sözlərlə tənqid edib.

Hamann yazısında qeyd edib ki, Real Madrid böyük matçlarda məğlub olduqda məsuliyyəti tez-tez hakimlərin üzərinə atır: “Bu davranış artıq adət halını alıb. Vacib oyunları uduzanda həmişə günah hakimdə axtarılır. Bu, səviyyədə bir klub üçün qəbulolunmazdır.”

O, Kamavinqanın qırmızı kart epizodunun sərt olduğunu desə də, qərarın doğru verildiyini də əlavə edib. Keçmiş futbolçu Bayern tərəfinin də narazı qala biləcəyini bildirərək: “Madridin vurduğu qollardan əvvəl mübahisəli epizodların olduğunu, bəzi hücumların qayda pozuntusu ilə başladığını qeyd edib.

Hamann xüsusilə Arda Güleri nümunə göstərərək diqqət çəkən bir iddia səsləndirib. Onun sözlərinə görə, gənc futbolçular bəzən komanda daxilindəki təcrübəli oyunçuların davranışlarını təkrarlayır: “Bellinqam və Vinisius Junior kimi futbolçuların hakimlərə reaksiyaları artıq dəfələrlə müzakirə olunub. Bu vərdişlər kök salıb və gənclərə də təsir edir.”

Hamannın fikrincə, bu vəziyyət klub daxilində intizam və hörmət mədəniyyətinə mənfi təsir göstərir. Sonda o bildirib ki, Real Madrid son illərdə əvvəlki illərə nisbətən daha çox emosional və mübahisəli reaksiyalar göstərir: “Bu, klub üçün zərərlidir. İntizam və hörmət mədəniyyəti ön planda olmalıdır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki