Azərbaycanlı məşqçi vəfat etdi

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib.

Referans Media xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki