PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

PSJ "Parma"nın qapıçısı Zion Suzukini ələ keçirməyə çox yaxındır.

İnformasiyanı jurnalist Santi Auna yayıb.

Mənbənin məlumatına görə, qolkiperlə danışıqları davam etdirən Fransa nəhəngi əsas favoritdir. Baxmayaraq ki, "Yuventus" da onun uğrunda mübarizə aparır və ilk təklif italiyalılardan gəlmişdi. Ancaq "Parma"nın istədiyi 30 milyon avroya görə Turin klubu tərəddüd edib. PSJ isə bu məbləği ödəməkdə çətinlik çəkməyəcəyini qarşı tərəfə bildirib. Hazırda Paris klubu Yaponiya millisinin qapıçısı uğrunda mübarizədə "Yuventus"u qabaqlayır.

23 yaşlı qolkiper 2024-cü ildən "Parma"da çıxış edir. O, son mövsümdə A Seriyasında 20 oyuna çıxıb və 28 top buraxıb. Suzuki 5 görüşdə qapısını toxunulmaz saxlayıb. (fanat.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki