Paşinyan istefa verdi – Ermənistanda yeni hökumət formalaşdırılır

İyunun 7-də keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni nazirlər kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti bu gün istefaya gedir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət ölkə Konstitusiyasının tələbinə uyğun olaraq istefa verib.

Hökumətin istefası yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi ilə əlaqədardır. Ermənistan Konstitusiyasına əsasən, yeni parlament fəaliyyətə başladığı gün hökumət səlahiyyətlərini təhvil verir və yeni kabinet formalaşdırılır.

İyunun 7-də keçirilən parlament seçkilərində hakim Vətəndaş Müqaviləsi Partiyası 64 mandat qazanaraq parlamentdə mütləq çoxluğu təmin edib. Gözlənilir ki, parlament prosedurları başa çatdıqdan sonra Nikol Paşinyan yenidən baş nazir təyin olunacaq./KONKRET.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki