Goranboyda AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Goranboyda ailə münaqişəsi qanla nəticələnib.

Referans Media-nın məlumatına görə, hadisə rayon mərkəzində yerləşən yaşayış evlərindən birində baş verib.

Goranboy şəhər sakini, 57 yaşlı Ş. Aslanov aralarında yaranan mübahisə zamanı onunla bir evdə yaşayan oğlu, 1993-cü il təvəllüdlü E.Aslanova kəsici deşici alətlə müxtəlif bədən xəsarətləri yetirib. 33 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.(bizimmedia.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki