"Fənərbaxça"da gələcəyi ən çox müzakirə olunan futbolçulardan biri olan Sidiki Şerif barədə yeni qərarın verildiyi bildirilir.
Referans Media xəbər verir ki, klub rəhbərliyi 19 yaşlı hücumçunun gələcəyi ilə bağlı iki variant üzərində dayanıb. Gənc futbolçu ya yeni mövsümdə əsas heyətdə üçüncü hücumçu kimi qalacaq, ya da daha çox oyun təcrübəsi qazanması üçün Avropanın güclü klublarından birinə icarəyə göndəriləcək.
Sidiki Şerif daha əvvəl transfer məbləği səbəbindən klub prezidenti Aziz Yıldırımın tənqidinə məruz qalmışdı. Yıldırım Ali Divan Şurasının iclasında futbolçunun transfer xərclərinin həddindən artıq yüksək olduğunu bildirərək, "Bu futbolçunu kim transfer edib?" sözləri ilə gündəm yaratmışdı.
Lakin sonradan o, tənqidlərinin futbolçunun oyun keyfiyyəti ilə bağlı olmadığını, yalnız transfer məbləğini hədəf aldığını açıqlamışdı. Aziz Yıldırım gənc hücumçunun potensialına inandığını və gələcəkdə daha yaxşı futbolçuya çevrilə biləcəyini vurğulamışdı.
İddialara görə, "Fənərbaxça" yay transfer dövründə iki təcrübəli hücumçu transfer etməyi planlaşdırır. Bu halda Sidiki Şerif əsas komandada üçüncü hücumçu rolunda qala bilər.
Digər variant isə Avropadan gələcək təkliflərlə bağlıdır. Əgər futbolçuya müntəzəm oynamaq imkanı verən güclü bir klubdan icarə təklifi daxil olarsa, rəhbərlik bu seçimi dəyərləndirəcək.
