Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkəyə qanunsuz yolla kosmetik vasitələr gətirmək cəhdinin qarşısı alınıb.
Referans Media xəbər verir ki, Doha-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşı çamadanının üzərinə vurulmuş “gömrük nəzarətinə təqdim edilməlidir” xəbərdarlıq lentini qanunsuz olaraq söküb. O, bəyan etmədən “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük zonasını tərk etməyə cəhd göstərib.
Yoxlama zamanı xanım sərnişinin üzərindən və əşyalarının arasından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 1 021 ədəd kosmetik vasitə - 665 flakon və 356 ədəd dolğu şprisi aşkar olunaraq müsadirə edilib. pizza hut
Hazırda faktla bağlı araşdırma işləri davam etdirilir.
