Bu gün səhər saatlarında Bakının Binəqədi qəsəbəsində yerləşən avtobus dayanacağında bədbəxt hadisə baş verib.
Referans Media bakupost.az-a istinadla xəbər verir ki, təxminən 40 yaşlarında olan kişinin halı qəfil pisləşib və vəfat edib.
Məlumata görə, hadisə baş verən zaman o, həyat yoldaşı ilə işə gedirmiş. Təcili tibbi yardım briqadası gələnədək ölüm faktı qeydə alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Həkimin ilkin rəyinə görə, ölümün səbəbi insult olub.
