Ufada neft emalı zavodu vuruldu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri olan Ufa neft emalı zavoduna zərbə endirib.

Referans Media  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yazıb.

Dövlət başçısı bu zavodun cəbhə xəttindən 1300 kilometrdən çox məsafədə yerləşdiyini və artıq ikinci dəfədir vurulduğunu açıqlayıb.

Zelenski həmçinin Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin raket komponentlərinin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyektinə zərbələr endirildiyini diqqətə çatdırıb. Ukrayna lideri bu obyektin cəbhə xəttindən təxminən 600 kilometr məsafədə yerləşdiyini bildirib.

“Sülh lazımdır və məhz bunu Rusiya rəhbərliyi dərk etməlidir. Rusiya öz müharibəsini bitirməlidir. Rusiya rəhbərliyi bunun üçün bütün imkanlara malikdir”, - Zelenski vurğulayıb./qafqazinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki