AFFA rəsmisinə UEFA-dan təyinat

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Referans Media  milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində keçiriləcək "Elbasani" (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də, Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki