Xəzər rayonu ərazisində yerləşən iki mağazadan oğurluq edilib. Hadisələr nəticəsində obyektlərdən ümumilikdə 1000 manat nağd pul, 3800 manat dəyərində kompüter, spirtli içki və tütün məmulatları talanıb.
Referans Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 20 yaşlı E.Nadirov, 23 yaşlı İ.Ağabalayev və 18 yaşlı Y.Quliyev müəyyən olunaraq saxlanılıblar.
Yasamal rayonunda isə evlərin birindən 1250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı Q.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır./"Unikal"/
