Qadın hakim qəzada həlak oldu, məhkəmə hökmü dəyişmədi - FOTO

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı Nuran Abdurrahmanovun cinayət işi üzrə zərərçəkənin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəməsi yekunlaşıb.

Referans Media  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda yekun qərar elan edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nuran Abdurrahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Qadın hakim qəzada həlak oldu, məhkəmə hökmü dəyişmədi - FOTO

Yol-nəqliyyat hadisəsi 2025-ci ilin dekabrında Pirşağı-Novxanı yolunda baş verib. Aynur Rzayevanın idarə etdiyi avtomobil digər avtomobillə toqquşub. Hadisə nəticəsində hakim həyatıni itirib.

Onu da qeyd edək ki, Aynur Rzayevanın atası Tapdıq Rzayev Birinci Qarabağ müharibəsi şəhididir. O, 1991-ci ildə Xocalıda şəhid olub.

Aynur Rzayeva 2022-ci ildə Azərbaycan Prezidentinin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" Sərəncamı ilə təyinat almışdı./oxu.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki