Minlərlə şəxsə bildiriş göndərildi : Siyahıda bu sahələr də var

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 6 mindən çox sahibkarlıq subyektinə qanunvericiliyin tələbləri əks olunmuş bildirişlər paylanılıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-iyul aylarında ictimai iaşə, ticarət, yanacaqdoldurma məntəqələri, məişət və digər xidmət sahələrində fəaliyyət göstərən, həmçinin zərgərlik məmulatlarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə maarifləndirici bildirişlər təqdim edilib.

Bildirişlərin paylanılmasında əsas məqsəd sahibkarların qanunvericiliyin tələbləri barədə məlumatlılığını artırmaq, mümkün pozuntuların qabaqcadan qarşısını almaq və istehlakçı hüquqlarının daha effektiv müdafiəsini təmin etməkdir.

Bildiriş paylanılan sahibkarlıq subyektlərinin sahələr üzrə bölgüsü:

Ticarət sahəsi – 3254

İctimai iaşə sahəsi – 392

Zərgərlik məmulatlarının satışı – 1344

Məişət təyinatlı mürəkkəb texniki malların satışı – 324

Məişət və digər xidmət sahələri – 826

Yanacaqdoldurma məntəqələri – 8

Beləliklə, qeyd olunan dövrdə ümumilikdə 6148 sahibkarlıq subyektinə bildiriş paylanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki