image-peygemberrrbackend

Bakıda özünü “peyğəmbər” elan edən şəxs peyda oldu: “Qazancınızın yarısı mənimdir”- VİDEO

“Facebook” platformasında yeni bir qalmaqallı video yayılıb. 

Referans xəbər verir ki, özünü “peyğəmbər” kimi təqdim edən bir nəfər insanlardan qazanclarının yarısını ona vermələrini tələb edir. Həmin şəxsin çıxışı həm dini, həm hüquqi, həm də psixoloji baxımdan ciddi narahatlıq doğurur. Yayılan görüntülərdə özünü “peyğəmbər” adandıran şəxs bunları deyir:

“Bu dünyada nə qədər adam varsa, kiminsə nə imkanı varsa, onun yarısı mənə borcludur. Bu mənim haqqımdır. Çünki əbədiyyəti mən qazandım. Bütün insanlığın və dünyanın sağ-salamat qalmasının səbəbkarı Allahdan sonra mənəm. Ona görə də Allah-Təala mənə cənnət verir, kef verir. 

Kimin nə qazancı varsa, yarısı mənimdir. Mən kef edəcəyəm, bu, mənim haqqımdır. Kim ki, məni ağıl gözü ilə görür və başa düşürsə, haqqımı versin”. O, həmçinin, yayımladığı videoda telefon nömrəsini və harada, nə vaxt görüşə biləcəyini də açıqlayır:

“Mən hər gün Bakıdakı Nizami Gəncəvi adına parkda oluram, Ağ Şəhərdə yerləşir. Saat 18:00-dan 20:00-a qədər həmin parkda oluram. Hər bir adam məni görməyə gələ bilər, əgər saf və doğru niyyəti varsa. Amma kim şər niyyətlə üstümə gələrsə, Allah onu vuracaq. Kim olursa-olsun!”

Məsələ ilə bağlı “Cebheinfo.az” hüquq-mühafizə orqanlarına sorğu göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki