image-korpu-ucdubackend

Bu ərazidə körpü uçdu – Sakinlər çətin vəziyyətdə – VİDEO

Bir aya yaxındır Sabirabadın Sərxanbəyli kəndinin, eləcə də bir neçə yaşayış məntəqəsinin yolu kəsilib.

Referans Media xəbər verir ki, buna səbəb isə yolun üzərindəki körpünün uçmasıdır.

Körpünün uçması kənd sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Belə ki, nəqliyyat vasitələri ilə qarşı tərəfə keçid məhdudlaşıb. Nəticədə sakinlər digər kəndlərə və əkin sahələrinə getmək üçün kilometrlərlə yol qət etməli olurlar.

Sakinlər İctimai TV-yə bildiriblər ki, bu, vaxt itkisidir və insanlar üçün çətinlik yaradır.

Aşağı Muğan Meliorasiya İdarəsindən məlumat verilib ki, məsələ ilə bağlı alternativ yol hazırlanır. Həmçinin körpünün yenidən bərpası ilə bağlı aidiyyəti qurumlara göstəriş verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki