Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Bakının bəzi ərazilərində planlı təmir-təftiş işləri aparılacaq.
Referans Media "Azərişıq" ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən MİDA yaşayış kompleksinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Nərimanov rayonunda isə İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində yerləşən çoxmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi mərhələli şəkildə dayandırılacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatı bərpa olunacaq.
