UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Polşanın Qornik Zabrze komandası ilə qarşılaşacaq "Fənərbaxça" növbəti mərhələyə yüksələcəyi halda bu komanda ilə qarşılaşacaq.
Referans Media xəbər verir ki, Avstriya təmsilçisi Şturm Qrats II təsnifat mərhələsində Şotlandiyanın Harts komandasını iki oyunun nəticəsinə görə inamlı şəkildə məğlub edərək növbəti raunda yüksəlib. İlk görüşdə doğma meydanda rəqibini 4:0 hesabı ilə məğlub edən Şturm Qrats cavab matçında da səfərdə 2:0 hesablı qələbə qazanaraq adını III təsnifat mərhələsinə yazdırıb.
Fənərbaxça turu keçərsə, rəqibi Şturm Qrats olacaq
Sarı-göylər Polşa təmsilçisi Qornik Zabrzeni mübarizədən kənarlaşdıracağı halda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şturm Qratsla qarşılaşacaq. Fənərbaxça növbəti mərhələyə yüksələrsə, ilk oyunu doğma meydanda keçirəcək.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları 4-5 avqust, cavab qarşılaşmaları isə 11 avqust tarixlərində keçiriləcək.
