Sosial medianı silkələyən görüntülərin sirri açıldı: Bezosun qızı deyilmiş

Sosial şəbəkələrdə hava limanında təhlükəsizlik yoxlaması zamanı digər sərnişinlərin önünə keçən gənc qadının Amazonun qurucusu Jeff Bezosun qızı olduğu iddiası geniş müzakirələrə səbəb olub. Lakin sonradan məlum olub ki, videodakı şəxs məşhur milyarderin qızı deyil.

Referans Media xəbər verir ki, sosial mediada yayılan videoda təhlükəsizlik yoxlama məntəqəsinə doğru irəliləyən gənc qadının Ceff Bezosun qızı olduğu iddia edilirdi. "Milyarder imtiyazı" qeydi ilə paylaşılan görüntülərdə qadının təhlükəsizlik yoxlaması zamanı bəzi sərnişinlərin önünə keçdiyi görünürdü.

Videoda yer alan şəxsin həqiqətən də Ceff Bezosun qızı olduğunu təsdiqləyən heç bir etibarlı məlumat təqdim edilməyib. Əksinə, sosial şəbəkədə videoya əlavə edilən istifadəçi qeydlərində bu iddianın həqiqəti əks etdirmədiyi vurğulanıb.

Araşdırmalar nəticəsində məlum olub ki, videodakı qadın "TikTok" platformasında adını "Emily Bezos" olaraq dəyişən və özünü Ceff Bezosun qızı kimi təqdim edən kontent istehsalçısıdır.

Bundan əlavə, müxtəlif mənbələrin məlumatına görə, Ceff Bezos övladlarını ictimaiyyətin diqqətindən uzaq saxlamağa üstünlük verir. Onun qızının kimliyi bu günə qədər ictimaiyyətə açıqlanmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki