Zaur Nəbioğlunun sorağı uzaqlardan gəldi - FOTO

Verilişi bağlandıqdan sonra uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan aparıcı Zaur Nəbioğlu hazırda Bodrumda dincəlir.

Referans Media  xəbər verir ki, bu barədə müğənni Elvin Babazadə sosial media hesabında paylaşım edib.

İfaçı Zaur Nəbioğlu və Kazım Sübhanla birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşüb. pizza hut

Elvin Babazadə paylaşımına “Yaxşı anlar planlanmır, yaşanır” sözlərini qeyd edib.

Xatırladaq ki, bu ilin fevral ayında ATV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan “Rəngarəng” verilişinin yayımı dayandırılıb. Bundan sonra aparıcı mediada və sosial şəbəkələrdə demək olar ki, görünməyib./yenisabah.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki