Qaz xəttinin yerinin dəyişdirilməsi və təmir işləri ilə əlaqədar sentyabrın 28-də Bakının iki rayonunda qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Referans Media bildirir ki, bu barədə verilən məlumata görə, saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin qaz təchizatında fasilə olacaq.
Həmçinin saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisində qazın verilişi müvəqqəti dayandırılacaq.
Qeyd edək ki, fasilələr qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədardır.
