28 sentyabrda bürclər üçün münasibətlər, pul və iş məsələləri ön plana çıxacaq. Bəzi bürclər qarşı cinslə ünsiyyətdə çətinlik yaşayacaq, bəzilərinin isə eşq həyatında gözlənilməz hadisələr baş verəcək. Maliyyə məsələlərində də diqqətli olmaq lazım gələcək.
Referans Media yenisabaha-a istinadən xəbər verir ki, bu gün üçün astroloji proqnozda bəzi bürclər üçün gərgin münasibətlər, pul anlaşılmazlıqları və şəxsi mübahisələr, bəziləri üçün isə eşq macərası və əyləncə vəd edilir.
Qoç – Göz önündə olacağınız mühitdə qarşı cinslə razılaşmaq çətinləşə bilər. Bu vəziyyət iş əlaqələrinizə də mənfi təsir göstərə bilər. İşləriniz şəxsi planlarınızı təxirə salmağınıza səbəb olacaq.
Buğa – Qarşı cinslə münasibətlərdə gərginlik yaşana bilər. Səyahət və ya təhsil zamanı diqqətinizi çəkən biri ilə gizli eşq münasibəti yaranması ehtimalı var.
Əkizlər – Dostlarınızla pul məsələsində anlaşılmazlıq yarana bilər. Bu gün borc almaq və ya kiməsə borc vermək məsləhət görülmür.
Bunu da oxu
Bakının iki ərazisində yaşayan sakinlərə elan edildi - Saat 11:00-dan...
Rəsul Quliyev Azərbaycana qayıdır? - Qızı danışdı
Bakıda bu yollarda tıxac var - Siyahı
Xərçəng – Şəxsi həyatınızda mübahisəli vəziyyətlər yarana bilər. Sevdiyiniz insanla birlikdə insanların yanında inadkarlıq etməkdən çəkinin. Əks halda münasibətlərdə gərginlik arta bilər.
Şir – İşlə bağlı əlaqələrinizdə çətinlik və gərginlik yaşana bilər. İşlə əlaqədar səyahət və ya təhsil imkanını əldən qaçırmaq ehtimalınız var. Qarşı cinslə münasibətlərdə diqqətli davranın.
Qız – Bu gün əylənməyə daha çox meylli olacaqsınız. Ortaq pul məsələlərində müəyyən çətinliklər yarana bilər. İnadkarlığınız diqqət çəkəcək, amma şəxsi həyatınızda vəziyyət ciddi problem vəd etmir.
Tərəzi – Sevdiyiniz insanla kiçik mübahisələr yaşana bilər. İnadkarlıqdan və hər şeyi bildiyinizi göstərən davranışlardan uzaq durun. Əks halda münasibətləriniz zərər görə bilər.
Əqrəb – Yaxın ətrafınızla iş məsələsində ortaq dil tapmaq çətinləşə bilər. Xüsusilə qarşı cinslə olan iş əlaqələrində gərginlik mümkündür. Bəzi münasibətləriniz əhvalınıza və sağlamlığınıza mənfi təsir göstərə bilər.
Oxatan – Əyləncə və uşaqlarla bağlı əlavə xərcləriniz arta bilər. Eşq macərası yaşadığınız şəxsin sizinlə eyni hissləri bölüşmədiyini anlaya bilərsiniz.
Oğlaq – Ailə üzvlərinizlə anlaşmaq çətinləşə bilər. Özünüzə daha çox vaxt ayırdığınız bu dövrdə ailənizin sizi anlamadığını düşünə bilərsiniz. Qarşılıqlı anlayış münasibətləri yumşalda bilər.
Dolça – Yaxın ətrafınızla münasibətlərdə gərginlik yarana bilər. Bunun səbəbi özünüzü bir qədər geri çəkməyiniz və ətrafınızdakı insanlara kifayət qədər diqqət ayırmamağınız ola bilər.
Balıqlar – Pul məsələlərində anlaşılmazlıqlar gündəmə gələ bilər. Qadınlarla və ya kişilərlə olan maliyyə əlaqələrində diqqətli davranmaq lazımdır. İstəmədiyiniz halda xərcləriniz arta bilər.
