Bakıda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın vəfat edib.
Referans Media xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Oktyabrın 28-i Gülarə Zeynalova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, oktyabrın 29-u vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır./“Qafqazinfo”/
