Bakıya təyyarə reysləri PUA hücumuna görə ləğv olundu

Bu gün Rusiyanın əksər hava limanlarında PUA hücumları ilə əlaqədar bəzi reyslər gecikib və ya ləğv olunub.


Referans Media xəbər verir ki, AZAL-ın Bakıya gəlməli olan iki təyyarəsi də “Vnukovo” hava limanından uçuşa başlaya bilməyib. Həmin reyslər ləğv edilib. Məlumata əsasən, reyslərdən biri gecə saat 1-də baş tutmalı imiş.

Qeyd olunur ki, “Vnukovo” aeroportunda bundan əlavə, Oş, Səmərqənd, İrəvan və digər şəhərlərə də uçuşlar baş tutmayıb.

Ən çox problem olanlar isə “Pobeda”, “Aeroflot”, “Rossiya”, “Nesma Airlines” və “Red Sea Airlines” aviaşirkətlərinin reysləridir./Modern.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki