Bankda krediti olan VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bir qəpik belə borcunuz olarsa…backend

Bankda krediti olan VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bir qəpik belə borcunuz olarsa…

Bankların
öz müştərilərinə təqdim etdikləri kreditlər vətəndaşların maddi baxımdan çətinlik
yaşadıqları anlarda onlara kömək olur. Bu baxımdan onların kreditlə bağlı fəaliyyəti
olduqca müsbət haldır. Lakin bu kreditin geri ödənilməsi zamanı gecikmələrin
baş verməsi və s. bu kimi digər hallar xoşagəlməz nəticələr doğurur.

Belə ki,
banklar gecikmə baş verdikdə haqlı olaraq vətəndaşlarla bağlı məhkəmələrə
müraciət edirlər. Bu da tərəflər arasında mübahisələrin yaranmasına gətirib
çıxarır.

 

Bəs
hansı hallarda banklar məhkəməyə müraciət edir? Bankların vətəndaşla bağlı məhkəməyə
müraciət etməsi üçün minimum borc və gecikmə müddəti nə qədər olmalıdır?

 

Mövzu
ilə bağlı hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında
danışıb.

 

“Belə
bir minimal tələb yoxdur. İstənilən şəxsin banka və ya BOKT-a bir qəpik belə
borcu olarsa, kreditor yenə də məhkəməyə müraciət edərək borcun həmin şəxsdən
tutulmasını tələb edə bilər. Təbii ki, məhkəmə bununla bağlı qərar verdikdə də
icra orqanı bunu icra etməlidir. Bu proses məhkəməsiz, notariatın icra qeydi ilə
də mümkündür. Amma təbii ki, vətəndaş notariatın icra qeydi ilə olmasına razı
deyilsə, şikayət edə bilər və bu zaman işə yenidən baxılacaq. Yəni borc məbləğinin
bu məsələyə heç bir aidiyyatı yoxdur”.

 

Ekspert
bildirib ki, bir çox hallarda borcun məbləği az olduqda bunun üçün məhkəməyə
müraciət etmək kreditorun özünə sərf etmir, bu səbəbdən bank, ümumiyyətlə, buna
təşəbbüs göstərmir. Amma bu o demək deyil ki, bankın buna səlahiyyəti çatmır.

 

“O
cümlədən, gecikmə müddəti də bu şəkildə tənzimlənir. Sadəcə bir gün gecikməyə
görə belə bank müştərini məhkəməyə verə bilər. Bu məsələ bankla müştəri
arasında olan müqaviləyə əsasən tənzimlənir. Amma müqavilə bağlanılarkən müştəri-bank
arasında uzlaşma qurulur və buna əsasən uyğun gecikmə müddəti müəyyənləşir və
müqavilədə qeyd olunur. Çünki işin məhkəməyə düşməsi hər iki tərəfə də sərf
etmir”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki