"Barselona" "Sabah"la oyuna ciddi itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda “Sabah”ın qonağı olacaq İspaniyanın “Barselona” komandası oyuna ciddi itkilərlə çıxacaq.

 Referans Media xəbər verir ki, İspaniya mətbuatından verilən məlumata görə, Kataloniya təmsilçisinin heyətində 2 aparıcı futbolçu avrokubok matçını buraxacaq. Belə ki, müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçi Rodri zədə səbəbindən “Sabah”la görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq./"Unikal"/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki