Bakıda basketbol üzrə Avropa çempionatı keçiriləcək - Foto

Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.

Referans Media xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.

Bu mötəbər yarışa ilk dəfə ev sahibliyi etmək Azərbaycan basketbolunun inkişafı və ölkəmizdə beynəlxalq basketbol yarışlarının təşkili baxımından mühüm hadisədir.

Bakıda basketbol üzrə Avropa çempionatı keçiriləcək - Foto - foto 1
Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki