Bu ölkədə 5,5 ballıq zəlzələ oldu

İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Zəlzələnin episentri Sulavesi adasında yerləşən Bitunq şəhərindən 227 kilometr şimal-şərqdə olub.

Episentr bölgəsindəki silkələnmələrin intensivliyi “kifayət qədər güclü” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 5,4 olaraq açıqlayıb. Amerika mütəxəssislərinin məlumatına görə, yeraltı təkanların ocağı 43,7 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur./Globalinfo.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki