İlham Zəkiyev Misir Qran-Prisində bürünc medal qazandı

Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-Pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.

Referans Media xəbər verir ki, bu barədə Bizim.Media-ya  Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Paracüdoçumuz 1/8 finalda britaniyalı Dan English üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki