“Benfika” yalnız bu şərtlə Keremin “Fənərbağça”ya gedişinə icazə verəcəkbackend

“Benfika” yalnız bu şərtlə Keremin “Fənərbağça”ya gedişinə icazə verəcək

  “Benfika” Kerem Aktürkoğlunun “Fənərbağça”ya gedişinə yalnız bir şərtlə icazə verəcək.

Referans  xəbər verir ki, “sarı-lacıvərdlilər” “Feyenoord” səddini keçməsə, o zaman bu keçid baş tutacaq.

Bu barədə Portuqaliyalının “O Jogo” nəşri məlumat yayıb.

Qeyd edək ki, “Fənərbağça” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında “Feyenoord”a 1:2 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 12-i, İstanbulda oynanılacaq.

Türkiyə nəhəngi bu mərhələni keçə bilsə, pley-offda Benfika ilə qarşılaşa bilər. Lissabon təmsilçisi ilk oyunda səfərdə “Nitsa”nı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
 
   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki