image-besiktas-gabriel-paulistanin-ayriligini-resmen-duyurdu-hm66backend

“Beşiktaş” Gabriel Paulista ilə yollarını rəsmən ayırdığını açıqladı

Türkiyə superliqası təmsilçisi “Beşiktaş” braziliyalı müdafiəçi Gabriel Paulistanın klubdan ayrıldığını rəsmən elan edib. Klubdan verilən məlumata görə, təcrübəli futbolçu ailəvi səbəblərlə komandadan ayrılmaq istədiyini rəhbərliyə və texniki heyətə bildirib.

“Beşiktaş” rəhbərliyi futbolçunun müraciətini klubun maraqları, eləcə də oyunçunun rahatlığı və xoşbəxtliyi nəzərə alınmaqla müsbət dəyərləndirib. Bu səbəbdən Gabriel Paulistaya transfer danışıqlarını aparması üçün icazə verilib.

Klubun rəsmi açıqlamasında deyilir:

“Peşəkar futbolçumuz Gabriel Paulista ailəvi səbəblərlə komandamızdan ayrılmaq istədiyini idarə heyətinə və texniki heyətə bildirib. Futbolçumuzun bu tələbi klubumuzun maraqları və onun şəxsi rifahı nəzərə alınaraq müsbət qarşılanıb. Gabriel Paulista klubumuzun məlumatı və icazəsi daxilində transfer danışıqları aparmaq üçün ölkəsinə qayıdaraq Antalya toplanışını tərk edib.”

Qeyd edək ki, Gabriel Paulista 2024-cü ilin yayında Madrid “Atletiko”sundan “Beşiktaş”a transfer olunmuşdu. Braziliyalı müdafiəçi 1,5 il ərzində “qara-ağlar”ın heyətində 45 oyunda meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki