“Beşiktaş”da Rafa Silva dövrü başa çatdı

Beşiktaşda Portuqaliyalı futbolçu Rafa Silva ilə bağlı məsələ yekunlaşıb. “Qara-qartallar”ın heyətində böhran yaradan təcrübəli oyunçu bu gün səhər saatlarında İstanbuldan ayrılaraq Portuqaliyaya yollanıb.

Referans Media xəbər verir ki, Beşiktaş rəhbərliyi ilə Benfikanın idman direktoru Mario Branco arasında aparılan danışıqlar nəticəsində tərəflər razılığa gəlib və futbolçunun müqaviləsinə xitam verilib. Razılaşmaya əsasən, Benfica Beşiktaşa ümumilikdə 7,5 milyon avro məbləğində transfer haqqı ödəyəcək.

Mario Branco ilə birlikdə Atatürk Hava Limanına gələn Rafa Silva xüsusi təyyarə ilə Lissabona uçub. Portuqaliyalı futbolçunun, baş məşqçisi Joze Mourinyo olan Benfica ilə 2028-ci ilin iyun ayınadək müqavilə imzalayacağı bildirilir.

Beləliklə, Rafa Silvanın Beşiktaş karyerası rəsmi olaraq başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki