image-besiktastan-yilin-ilk-surprizi-andre-onana_58f3d4322f_ampbackend

“Beşiktaş”dan gözlənilməz addım: Andre Onana üçün danışıqlar başlayır

Türkiyənin tanınmış klublarından biri olan “Beşiktaş” yay transfer dövrü üçün hazırlıqlarını sürətləndirib. Qara-ağlıların qapıçı mövqeyi üçün sürpriz bir ada yönəldiyi iddia olunur.

İngiltərə mətbuatında yayılan məlumatlara görə, “Beşiktaş” hazırda “Mançester Yunayted” klubuna məxsus olan və bu mövsüm Trabzonspor forması ilə icarə əsasında çıxış edən kamerunlu qapıçı André Onana ilə maraqlanır.

Referans Media xəbər verir ki, 29 yaşlı təcrübəli qolkiper “Trabzonspor”da göstərdiyi uğurlu performansla yenidən diqqət mərkəzinə düşüb. Onananın həm təcrübəsi, həm də Türkiyə futboluna artıq uyğunlaşması “Beşiktaş” rəhbərliyi tərəfindən mühüm üstünlük kimi qiymətləndirilir.

Məlumata görə, İstanbul təmsilçisi yaxın günlərdə “Mançester Yunayted” rəhbərliyi ilə danışıqlara başlamağa hazırlaşır. “Beşiktaş”ın planı Onananı satınalma opsiyası ilə icarəyə götürmək və ya münasib transfer haqqı müqabilində birdəfəlik heyətinə qatmaqdır.

Yeni mövsüm üçün iddialı heyət qurmaq istəyən “Beşiktaş”ın bu transfer addımı Türkiyə futbolunda böyük maraq doğurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki