“Müəllimlər çox zaman uşaqlara düzgün təsir göstərmirlər”.
Referans Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən komitə iclasında deyib.
“Baxırsan hansısa fənni yaxşı tədris edən müəllimdir, amma qıza deyir ki, “niyə oxuyursan, ərə get”. Düşüncələri gənc olan uşaqlara belə təsir edən insanlar var. Bu gün təhsildə çox güclü islahatlar gedir, amma bir müəllimin psixoloji cəhətdən auditoriyaya müsbət təsiri ola bilərmi, biz onu yoxlaya bilmirik”, - komitə sədri qeyd edib.
