Əhali pulunun yarısını bu sahəyə xərcləyib

2026-cı ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsulları təşkil edib.

Bu barədə  Referans Media-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilir ki, ümumilikdə, bu ilin ilk 8 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,3 milyard manatlıq məhsul satılıb. Bunun 24,1 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatını qeyri-ərzaq malları təşkil edir.

2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,9% artıb.

2026-cı ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i avtomobil yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 538,6 manatlıq, o cümlədən 293,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 245,5 manatlıq qeyri-ərzaq malları alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki