Rəis müavinini elektrik cərəyanı vurub öldürdü - Yenilənib

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Referans Media  APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

***

“Azərişıq” ASC-dən “Qafqazinfo”ya bildirilib ki, həyatını itirən şəxs bu qurumun əməkdaşı deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki