Naxçıvanda bu şəxslərə 300-1000 MANAT PUL VERİLİB

Naxçıvan Muxtar Respublikasında ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərə pul mükafatları təqdim olunub.

Referans Media  xəbər verir ki, muxtar respublikanın bəzi rayonlarında 500 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunan gənclər rayon icra hakimiyyətləri tərəfindən mükafatlandırılıb.
 

Məlumata əsasən, təqdim edilən pul mükafatlarının məbləği rayonlar üzrə fərqlənib. Belə ki, yüksək nəticə göstərən abituriyentlərə minimum 300, maksimum isə 1000 manat məbləğində pul mükafatı verilib.


Mükafatların məbləğinin abituriyentin topladığı bala və rayon üzrə müəyyənləşdirilən meyarlara uyğun olaraq dəyişdiyi bildirilir.

Qeyd olunub ki, belə təşviq tədbirlərinin əsas məqsədi yüksək nəticə göstərən gəncləri stimullaşdırmaq və təhsilə marağı artırmaqdır./Bakıvaxtı.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki