Xəstəxanaya yerləşdirilən Zaur Rzayevdən XƏBƏR VAR

Xəbər verildiyi kimi, Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib.

Referans Media  xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakıvaxtı-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Xalq artistinin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirilir:

"Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü pasiyentin (kişi) vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, 1952-ci il təvəllüdlü şəxs 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib", - deyə məlumatda qeyd olunub./nocomment.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki