Yasamalda minik avtomobili yandı

Yasamal rayonunda minik avtomobilində baş verən yanğının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Bu barədə  Referans Media-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, paytaxtın Yasamal rayonu, Hüseyin Cavid prospekti prospektində minik avtomobilində yanğın hadisəsi baş verib.
Yolda təhlükəsizlik tədbirləri görülməklə yanaşı, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yanğına müdaxilə edilib, alovlanmanın qarşısı vaxtında alınıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki