image-bakibinaaabackend

Binalarla bağlı çoxu bunu bilmir – Milyonlar itirirsiniz…

“Mənzil qanunvericiliyi mənzil sahibinə mülkiyyət hüququ tanıyır. Binanın yerləşdiyi torpaq da həmin binadakı adamların ümumi mülkiyyətidir.Həmçinin bu binada nə qədər obyekt varsa, binanı tikən şirkət onları sata bilməz. Həmin obyektlər bina sahiblərinin ümumi əmlakıdır”.

Referans xəbər verir ki, bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu Reaksiya TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələ qanunla tənzimlənir:

“Qanunda yazılıb ki, binanın yerləşdiyi torpaq sahəsi və orada yerləşən obyektlər (restoran, mağaza, salon və s.) bina sahiblərinə məxsusdur. Yəni həmin arendalardan gələn gəlirlərlə bina təmir edilməlidir, problemlər həllini tapmalıdır. Lakin indi binaya mülkiyyətçi gəlməmiş həmin obyektlər satılır. Bunu hansı hüquqa əsasən edirlər? Bütün bunlar insanların əksəriyyətinin qanunları bilməməsindən qaynaqlanır.
Binaların altında yerləşən supermarketlərin ödədiyi pullar belə həmin bina sahiblərinin olmalıdır. Amma bundan xəbərləri yoxdur”, – Sərdar Cəlaloğlu deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki