image-aa-ekibi-ukrayna-askerlerinin-calismalarini-takip-ettibackend

Bir gündə mindən çox… – Rusiyadan Ukrayna haqda açıqlama

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində bütün cəbhələrdə 1170-dən çox əsgər itirib.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna qoşunları ən çox – 315 hərbçisini Rusiyanın “Mərkəz” qüvvələr qrupunun məsuliyyət zonasında itirib.

“Hava hücumundan müdafiə sistemləri bir gecə ərzində Rusiya bölgələri üzərində 13 Ukrayna dronu məhv edib.

Zərbələr Krım, Belqorod, Rostov və Kursk vilayətlərini hədəfə alıb. Dronlar həmçinin Krasnodar diyarı və Azov dənizi üzərində də ələ keçirilib”, – deyə əlavə olunub./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki