Bu meyvələrdən UZAQ DURUN! – Qorxunc xəstəliklərə səbəb olur

Almanı hər zaman sağlamlıq rəmzi hesab etmişik, lakin Avropadan gələn son hesabat bu təsəvvürləri alt-üst edir. “PAN Europe” təşkilatının 2025-ci ilin sonunda apardığı araşdırma göstərir ki, marketlərdə satılan almaların içində bir yox, eyni anda bir neçə zəhərli kimyəvi maddə — “pestisid kokteyli” gizlənib. Araşdırmaya görə, həmin almaların 80%-i toksikdir.

Azərbaycan bazarı üçün bu, olduqca ciddi siqnaldır.

Meyvə ilə bağlı doğru bildiyimiz YANLIŞLAR

Çünki ölkəmiz həm yerli istehsalı dəstəkləyir, həm də xüsusilə qış və bahar aylarında xaricdən böyük həcmdə alma idxal edir.

Hesabatın ən sarsıdıçı hissəsi uşaq qidaları ilə bağlıdır. Əgər bu almalardan püre və ya şirə hazırlansaydı, onların çoxu qanunsuz elan edilərdi.

Almaların 36%-də beyin hüceyrələrini zədələyən maddələr tapılıb. Nümunələrin 61%-də xərçəng yarada bilən göbələk əleyhinə maddələr aşkar edilib. Tapılan maddələrin bir çoxu ana bətnindəki dölün beyin inkişafını ləngidir.

Avropa ölkələrindən gələn parlaq, uzun müddət xarab olmayan almalar çox vaxt ildə 30 dəfəyə qədər kimyəvi işlənməyə məruz qalır.

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, xaricdən gətirilən digər meyvələr kimi parlaq formada olan almalarda kimyəvi birləşmə qalıqları daha çoxdur:

“Bu almalarda pesdisid riski çox yüksəkdir. Çünki onların yetişdirilməsi zamanı zərərvericilərdən, xəstəliklərdən qorumaq üçün müxtəlif pesdisidlərdən istifadə olunur. Həmin pesdisidlər becərmə dövründə müəyyən miqdarda meyvələrin tərkibinə keçir. Təbii ki, belə meyvələri qəbul edən insanların da orqanizmində pesdisidlərin miqdarı yüksək olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki