Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz oldu – Səbəbi isə…backend

Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz oldu – Səbəbi isə…

  İstixana qazı emissiyalarını azaltmaq üçün Cenevrədə bütün ictimai nəqliyyat müvəqqəti olaraq pulsuz edilib.

Referans  xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat dərc edib.

“Bu fövqəladə hal protokolu çərçivəsində tətbiq edilən tədbirlər ictimai nəqliyyatdan istifadəni təşviq etmək və ən çox çirkləndirici olan avtomobillərin hərəkətini məhdudlaşdırmaq məqsədi daşıyır”, – hökumətin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu gündən etibarən Cenevrədə bütün ictimai nəqliyyatda sərnişinlərdən bilet tələb olunmayacaq. Şəhərdə havanın keyfiyyəti normallaşdıqdan sonra ictimai nəqliyyat ödənişli olacaq.(Bakupost.az )  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki