2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.
Bu barədə Referans Media-ya Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər nəzərə alınmaqla, ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib.
İlkin Büdcə Bəyanatı 2027 sənədində xərc siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi;
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpanın davam etdirilməsi;
Rəqəmsal inkişaf sahəsində prioritetlərin həyata keçirilməsi;
Əhalinin sosial müdafiəsi və rifahının gücləndirilməsi;
İqtisadiyyata dövlət büdcəsindən maliyyə dəstəyinin davam etdirilməsi;
Müdafiə olunan xərclərin maliyyə təminatı;
Dövlət proqramları və tədbirlərin maliyyə təminatı;
Təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunması.
