Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.

Bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

O, bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamenti rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə "PAŞA Sığorta" ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib./iqtisadiyyat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki